Türkiyə: Baydenin hədsiz, uğursuz və əsassız bəyanatını rədd edirik!

Türkiyə: Baydenin hədsiz, uğursuz və əsassız bəyanatını rədd edirik!

"Co Baydenin 1915-ci il hadisələrini "soyqırım" olaraq adlandıran edən bəyanatını uğursuz, həddi aşan və əsassız qəbul edirik və bunu rədd edirik".

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun İstanbulda erməni terror təşkilatları tərəfindən şəhid edilən türk diplomatlarının xatirəsinə təşkil edilən "Şəhid diplomatlar" sərgisində çıxışı zamanı deyib.

Altun Türkiyəni özlərinə görə istədikləri yola cəlb etmək üçün terrrordan sanksiyalara qədər müxtəlif təhdidlərə müraciət edənlərin uğurlu ola bilmədiklərini və bunda nail ola bilməyəcəklərini bildirib.

Türkiyəni bölmək, parçalamaq və bundan əlavə daxildən xəncərləmək istəyən bütün dairələrə qarşı dövlətin və millətin hər zaman ayaqda olduğunu vurğulayan F. Altun "Terror təşkilatları ilə və çevrilişçi düşüncələrlə mübarizədən əsla imtina etməyəcəyik deyib.

ABŞ prezidenti Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına toxunan Altun "Co Baydenin 1915-ci il hadisələrini "soyqırım" olaraq adlandıran edən bəyanatını uğursuz, hədsiz və əsassız qəbul edirik və bunu rədd edirik. Bunun münasibətlərimizə ciddi ziyan vuracağı açıqdır. Qondarma "soyqırım" iddiaları kimi  tarixi gerçəklikdən məhrum olan populist ifadələr, bu torpaqlarda illərdir yaradıb, ortaya çıxardığımız birlikdə yaşamaq mədəniyyətimizə bir hücumdur. Ancaq bu hücumlar da qardaşlığımıza zərər verməyəcəkdir, əksinə əlaqələrimizi daha da gücləndirəcək" deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR