Turki Feysəl: Səudiyyə Ərəbistanında nüvə bombası olmalıdır

Turki Feysəl: Səudiyyə Ərəbistanında nüvə bombası olmalıdır

Səudiyyə Ərəbistanı kəşfiyyat idarəsinin keçmiş rəhbəri və ABŞ-dakı keçmiş səfiri Turki Feysəl Riyadın nüvə bombası əldə etmək səyləri ilə bağlı açıqlamalar verib.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, o, ABŞ-da yerləşən "MSNBC" şəbəkəsinə müsahibəsində bildirib ki, bölgədə İran nüvə bombası axtarır:

"Mən bundan əvvəl açıq şəkildə demişəm ki, İranın nüvə potensialına qarşı özümüzü müdafiə etmək üçün nüvə bombası hazırlamaq da daxil olmaqla, nə lazımdırsa, etməliyik. Mən hökumətdə işləmirəm ki, hökumət bu işlə bağlı nə edəcəyini deyim. Bu mənim şəxsi fikrimdir".

Bundan əvvəl Çin və Cənubi Koreyanın Səudiyyə Ərəbistanında bir neçə kiçik reaktor tikdiyi də bildirilib.

Xəbəri paylaş

VİDEOLAR