Türk jandarması PKK terrorçularını 2 milyon alan zaman yaxaladı

Türk jandarması PKK terrorçularını 2 milyon alan zaman yaxaladı

Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın cənubunda PKK terror təşkilatına qarşı xüsusi antiterror əməliyyatı keçirib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, əldə edilən kəşfiyyat məlumatları əsasında PKK üçün toplanmış təxminən 2 milyon ABŞ dolları məbləğində vəsait terror təşkilatının mənsublarına verilərkən ələ keçirilib. Çobanbəy bölgəsində Kilis Şəhər Jandarma Komandanlığının Terrorla Mübarizə və Kəşfiyyat idarəsinin əməkdaşları sözügedən vəsaiti verən və alanlar daxil olmaqla üç nəfəri yaxalamağa müvəffəq olublar.

Hazırda pulun necə, hansı yollarla əldə olunmasına dair məlumat yoxdur.

Xəbəri paylaş

VİDEOLAR