Trampın iqamətgahında İranla bağlı həssas sənədlər tapılıb

Trampın iqamətgahında İranla bağlı həssas sənədlər tapılıb

Washington Post qəzeti yaydığı hesabatda Trampın iqamətgahında İranla bağlı həssas sənədlərin tapıldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Washington Post qəzeti ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-e-Laqo şəhərindəki iqamətgahında bu yaxınlarda ABŞ Federal Polisi tərəfindən ələ keçirilən sənədlər arasında İranla bağlı bəzi həssas sənədlərin olduğunu açıqlayıb.

Amerika KİV-lərinin məlumatına görə, aşkar edilən sənədlərdən ən azı biri İranın raket proqramı ilə, digər sənədlər isə Çinlə bağlı olduqca həssas məlumatlarla bağlı olub.

Trampın sözçüsü Vaşinqton Postun dərc olunmuş hesabatla bağlı çağırışından sonra cavab verməkdən və ya şərh verməkdən imtina edib.

Xəbəri paylaş

VİDEOLAR