UNICEF: Qəzza sakinlərinin 90%-nin içməli suya çıxışı yoxdur

UNICEF: Qəzza sakinlərinin 90%-nin içməli suya çıxışı yoxdur

Qəzza zolağında su çatışmazlığı kritik həddə çatıb və hazırda hər 10 nəfərdən yalnız birinin içməli suya çıxışı var.

O, Qəzza zolağında su çatışmazlığının kritik həddə çatdığını və hazırda hər 10 nəfərdən yalnız birinin içməli suya çıxışı olduğunu bildirib. Bu o deməkdir ki, Qəzza əhalisinin 90%-nin içməli suya çıxışı yoxdur.

BMT agentliklərinin hesablamalarına görə, yarısından çoxu uşaq olmaqla 1,8 milyon insanın su və gigiyena xidməti yardımlarına təcili ehtiyacı var. Bu qurumlar vurğulayırlar ki, Qəzza zolağına elektrik enerjisinin verilməsinin dayandırılması qərarından sonra vəziyyət daha da pisləşib və nəticədə həyati əhəmiyyət kəsb edən suyun duzsuzlaşdırılması əməliyyatları dayandırılıb.

Qəzzada elektrik kəsildikdən sonra işğalçı İsrail hakimiyyəti növbəti addımın Qəzzanın su təchizatının kəsilməsi olacağını açıqlayıb.

HƏMAS hərəkatı bir bəyanatda bildirib: "Elektrik enerjisinin kəsilməsi, keçidlərin bağlanması, yardım və ləvazimatların dayandırılması, yanacaq göndərilməsi və xalqımızın ac qalması kollektiv cəza və genişmiqyaslı müharibə cinayətidir".

Xəbəri paylaş

VİDEOLAR