İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Səriyyələrinin sözçüsü Əbu Həmzə sionist İsrailin hücumu nəticəsində şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, İsrail rejimi ilə HƏMAS arasında yanvarın 19-da başlayan atəşkəs rəsmən pozulub. İşğal ordusu Qəzza zolağına genişmiqyaslı hücumlara başladığını açıqlayıb.
Bildirilib ki, Qüds Briqadalarının hərbi sözçüsü Əbu Həmzə (Naci Əbu Seyf) və ailəsi bu gün səhər tezdən sionist İsrailin həyata keçirdiyi hava hücumunda şəhid olub.
Qəzza Səhiyyə Nazirliyi İsrailin davam edən hücumlarında şəhid olan Qəzzalı mülki vətəndaşların sayının 420-yə çatdığını açıqlayıb. Yaralıların sayının sürətlə artdığı bildirilərkən, dağıntılar altında qalanların xilasetmə işlərinin davam etdiyi bildirilib.
Qəzza Mülki Müdafiəsi Əl-Cəzirə müxbirinə İsrailin Qəzza zolağına 100-dən çox hücum təşkil etdiyini açıqlayıb.