Tramp: Seçkilərdə qalib gəlməsəm...

Tramp: Seçkilərdə qalib gəlməsəm...

O, bu barədə Corciya ştatında öz tərəfdarları ilə görüşdə bildirib.

Rasthaber Azərbaycan “Fox News”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində uduzacağı halda nə edəcəyi barədə danışıb.

O, bu barədə Corciya ştatında öz tərəfdarları ilə görüşdə bildirib.

Tramp oz rəqibi Co Baydeni “prezident seçkiləri tarixinin ən pis namizədi” adlandırıb.

“(Əgər məğlub olsam,) nə edəcəyəm? Siyasi tarixin ən pis namizədinə uduzduğumu etiraf etməli olacağam. Burada fəxr olunası bir şey yoxdur, bəlkə də, mən ölkədən getməli oldum, bilmirəm”, – deyə o əlavə edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2020-ci il 3 noyabrda keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR