Tramp Baydeni onun adını çəkmədən təbrik etdi

Tramp Baydeni onun adını çəkmədən təbrik etdi

Prezident Donald Tramp varisi Demokrat Co Baydenə onun adını çəkmədən dualarını və xoş arzularını çatdırıb.

“Bu həftə biz yeni administrasiyanı inaqurasiya edirik və Amerikanı təhlükəsiz və firavan saxlamaq üçün onun uğuruna dua edirik,” Tramp prezidentlik dönəminin bitməsinə 20 saat qalmış internetdə yerləşdirdiyi videoda deyib.

“Biz həm də xoş arzularımızı çatdırırıq. Və biz istəyirik ki, onların bəxti gətirsin – çox mühüm sözdür.”, - deyə o əlavə edib.

Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, 20 dəqiqəlik çıxışında Tramp “dünya tarixində ən möhtəşəm iqtisadiyyat” qurduğunu deyib. O, həmçinin “son onilliklərdə yeni müharibə başlatmamış ilk prezident olması ilə xüsusi iftixar” duyduğunu bildirib.

Ağ Evin YouTube platformasında video-çıxışı açıqladığı anlarda ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydenin içərisində olduğu özəl təyyarə Merilend ştatında yerləşən Endryus Birgə Bazasına enib ki, Tramp çərşənbə günü buradan Vaşinqtonu tərk edəcək. Prezident Hava Qüvvələri Bir (Air Force One) təyyarəsində son uçuşunu Florida ştatına edəcək.

Siyasi ənənədən ayrılan Tramp həm ümummilli, həm də elektoral kollegiya səsverməsində qalib gəlmiş Baydenin andiçmə mərasiminə qatılmayacaq. Tramp saxta olaraq səslərin sayılmasında fırıldaqçılığa yol verildiyini bəyan etmiş və Baydeni təbrik etməmişdir.

Vitse Prezident Mayk Pens çərşənbə günü gündüz saat 12-də Baydenin yüksək təhlükəsizlik şəraitində keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi Trampa qarşı ikinci impiçment qərarını bu həftənin sonlarında Senata göndərəcək. Bu addım sonrakı gündə Senatda rəsmi prosesin başlanmasına yol açır.

Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası 10 Respublikaçının da dəstəyi ilə Trampı “üsyana təşviq” ittihamı ilə impiç edib. Bu addım 6 yanvarda prezidentin səsvermənin nəticələrini aradan qaldırmaq üçün mübarizəyə çağırışından az sonra Tramp tərəfdarlarının Kapitoliyə basqın etməsindən sonra atılıb.

Xəbəri paylaş

VİDEOLAR