"İndiyədək 1700-dək erməni hərbçisinin meyitinin tapılması və qarşı tərəfə verilməsi təmin edilib. Biz bunu humanitar aksiya olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirmişik".
Az.rasthaber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, indiyədək birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 4 000-ə yaxın vətəndaşı itkin düşüb. Ermənistan indiyə qədər onların taleyi haqqında heç bir məlumat vermir:
"Biz insanların hissi ilə oynamadıq. Azad edilən ərazilərdə dağıntıların miqyası və orada aparılan sürətli bərpa işləri bu gün bütün dünyanı təəccübləndirir. Azərbaycan üçün bu yenidənqurma deyil. Bu, 30 illik vətən sevgisinə və həsrətinə cavabdır".
XİN başçısı qeyd edib ki, bunun qarşılığında qayıdışı dayandırmaq, mina xəritələrini gizlətmək, verməmək cılız, mənasız, insanlıqdan uzaq olan yanaşmadır və bunun mənası və uğuru ola bilməz.