İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitinə qarşı sui-qəsd olunub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti Qasim Fətullah evinin qarşısında naməlum şəxs tərəfindən güllələnib.
Məlumatda bildirilir ki, 4 güllə yarası alan zabit xəstəxanada həyatını itirib.
Öldürülən Qasim Fətullahi SEPAH-ın Məhəmməd Rəsulullah briqadasının zabiti olub.
Faktla bağlı cinayət işi açılıb.