Suriyanın şimal-cənub dəhlizi bərpa edilib

Suriyanın şimal-cənub dəhlizi bərpa edilib

Suriyanın şimal-cənub dəhlizi adlandırılan Hələbdən bu ölkənin cənubuna uzanan avtomagistral təkfirçi terrorçulardan azad və orada təhlükəsizlik bərqərar edilib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriyada müharibənin onuncu ilə daxil olduğu bir halda, hazırda ərazi hakimiyyətinin 70 faizi Bəşər Əsədin prezidentliyi ilə bu ölkə hökumətinin əlindədir.

Bu vəziyyət ötən 20 gündə Suriya ordusunun qüvvələri və bölmələrinin əməliyyatları ilə reallaşıb.

Rusiyanın hərbi polisi Hələbi Laziqiyyəyə qovuşduran M-4 şosesində türkiyəli qüvvələrlə ilk müştərək patrul əməliyyatını həyata keçirib.

Bu birgə patrul Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyıb Ərdoğanın Moskvada əldə etdikləri son razılaşmanın maddələrinin icrası istiqamətində həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR