Suriyanın BMT-dəki nümayəndəsi çıxışında deyib ki, tanınmış ölkələr ötən on il ərzində İŞİD başda olmaqla, terror qruplarını silahlarla təmin edib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Bəssam Səbbağ bildirib ki, tanınmış ölkələr digər ölkələrdə əmin-amansızlıq yaratmaq məqsədilə terror qruplarını maliyyə və silah cəhətdən təmin edib. Bu, BMT nizamnaməsinin, beynəlxalq qanunların və ölkələr arasındakı dostcasına əlaqələrin pozulması hesab edilir.
Səbbağ qeyd edib ki, kiçik və yüngül silahlara əlçatanlığın terror təşkilatları üçün asan olması beynəlxalq sabitlik və təhlükəsizliyik üçün bir təhdid olub, sıravi vətəndaşların, o cümlədən də qadın və uşaqların həyatlarını təhlükə ilə üzləşdirir.
Suriyanın BMT-dəki nümayəndəsi silahların qanunsuz ticarəti və köçürülməsinin qarşısının alınması istiqamətində birgə səylərin göstərilməsi üçün bir çərçivənin təyin edilməsini istəyib.