Suriya rəsmisi Colan təpələrinin azad ediləcəyini bildirdi

Suriya rəsmisi Colan təpələrinin azad ediləcəyini bildirdi

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bildirib ki, Colan təpələri ilə bağlı BMT qətnamələri tətbiq olunmalıdır.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Bəşər Cəfəri açıqlamasında qeyd edib ki, qətnamələr tətbiq olunmadığı üçün ABŞ və İsrail rejimi beynəlxalq hüququ pozurlar.

"Dünya xalqlarının özlərinin öz müqəddəratını təyin etmə haqqı vardır. ABŞ ya da İsrail rejimi bu haqqı tapdalaya bilməzlər", - deyə Bəşər Cəfəri diqqətə çatdırıb.

Bəşər Cəfəri açıqlamasında qeyd edib ki, Suriya dövləti tezliklə Colan təpələrini işğaldan azad edəcək.

Xəbəri paylaş

VİDEOLAR