Səudiyyədə yeni həbslər: Hakimlər, ordu və polis zabitləri həbs olundu

Səudiyyədə yeni həbslər: Hakimlər, ordu və polis zabitləri həbs olundu

Səudiyyə Ərəbistanında kütləvi həbslərə start verilib

Rasthaber Azərbaycan  İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında 219 dövlət rəsmisi, ordu və polis zabiti həbs olunub.

Ərəbistanda çıxan "Okaz" qəzeti bildirib ki, bu şəxslər korrupsiya və öz vəzifələrindən sui-istifadə ittihamı ilə həbs olunublar.

Qəzet adlarını qeyd etmədən birinin Ər-Riyad, digərinin isə Məkkədə məhkəmə hakimi olan iki nəfərin də korrupsiya ittihamı ilə həbs edildiyini yazıb.

Səudiyyə hökuməti bundan öncə də korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində bu ölkə şahzadələri və rəsmilərindən yüzlərlə nəfəri həbs etmişdi.

İnsan haqları təşkilatlarının qənaətinə görə, Səudiyyə hökumətinin özbaşına həbsləri daha çox Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın rəqiblərinin aradan götürülməsi məqsədilə həyata keçirilir.

Xəbəri paylaş

VİDEOLAR