2.12.2021 13:29:43
Səudiyyə Ərəbistanı rejimi ordusu Yəmənin şimal sərhədindəki Səada əyalətinə artilleriya hücumu edib.
Az.rasthaber.com xəbər verir ki, işğalçı rejimin təcavüzü nəticəsində 3 dinc sakin həyatını itirib, 22 nəfər də yaralanıb.
Yerli mənbələrin məlumatına görə, zərbələr Mənbəədə əl-Raqu və əl-Şeyx bölgələrinə endirilib.
Qeyd edilib ki, yaralılar arasında bir uşaq da var.