Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmən və onun dinc sakinlərinə qarşı işğalçı və təcavüzçü hücumlarını davam etdirir.
Az.rasthaber.com xəbər verir ki, koalisiyaya məxsus qırıcılar Taiz əyalətinin Maqbanəh bölgəsinin əl-Həkimə kəndinə zərbələr endirib.
Nəticədə aralarında çox sayda uşaq da olmaqla, 18 dinc sakin qətlə yetirilib. Həmçinin 8 nəfər də yaralanıb.
Yerli mənbələrin məlumatına görə, hava hücumundan sonra əraziyə gəlməyə çalışan xilasetmə və təcili yardım dəstələrinin yaralalıları xəstəxanaya aparmasına da imkan verilməyib.