Bunu İranın Strateji Xarici Əlaqələr Şurasının sədri Seyid Kamal Xərrazi deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Strateji Xarici Əlaqələr Şurasının sədri "Səudiyyə Ərəbistanı və BƏƏ başçılarının Yəməndəki müharibənin faydasız olduğunu başa düşmələrinə işarə edərək deyib: "Onlar müharibənin ressursların itkisi olduğunu bilməlidirlər və yeni atmosferdə Yəməndə soyqırımı dayandırmalıdırlar."
BMT Baş katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Martin Griffiths-in Tehranda İran rəsmiləri ilə danışıqlarına toxunan Seyid Kamal Xərrazi "Griffiths hiss edir ki, yeni şərait yaranıb və o BMT-nin nümayəndəsi kimi xidmət edə bilər.", -eyə əlavə edib.
"Bu müharibənin nəticə verməyəcəyi 6 ildən sonra hamı üçün sübut edildi və səudiyyəlilər böhranın hərbi həll yolu olmadığı bildilər. Yəmən müharibəsi faciə doğurur. Gündə günahsız insanlar bu ölkədə xəsarət alır ya daki həyatını itirir. Bununla belə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin yəmən xalqına qarşı müharibəsi davam edir.", -deyə o qeyd edib.