Səudiyyə koalisiyası Yəməndə atəşkəsi pozmaqda davam edir

Səudiyyə koalisiyası Yəməndə atəşkəsi pozmaqda davam edir

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri son 24 saat ərzində Yəmənin Hudeydə əyalətində atəşkəs rejimini 53 dəfə pozub.

Az.rasthaber.com xəbər verir ki, əldə edilən məlumata görə, Səudiyyə koalisiyası Yəmənin digər əyalətlərində də atəşkəs rejimini pozmaqda davam edir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq çərşənbə axşamı günü Yəməndəki tərəflərin aprelin 2-dən davam edən və avqustun 2-də sona çatan atəşkəs rejiminin daha 2 ay uzadılmasına razılaşdıqlarını açıqlayıb. 

Xəbəri paylaş

VİDEOLAR