Səudiyyə Ərəbistanı Yəməndə insan haqları ilə bağlı təhqiqatı dayandırmaq üçün BMT rəsmilərinə təzyiq göstərməkdədir.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı müxtəlif yollarla Yəməndə insan haqları ilə bağlı hər cür təhqiqatın qarşısını almağa çalışır.
Ər-Riyad ötən ilin oktyabrında da bu ölkənin Yəməndəki hərbi cinayətləri ilə bağlı müstəqil təhqiqatların aparılmasını əngəlləmək üçün BMT-nin İnsan Haqları Şurasının bəzi üzvlərinə təzyiq göstərmişdi.
Krallıq ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.
Səudiyyə və onun müttəfiqlərinin Yəməndəki təcavüzü indiyədək yüz minlərlə yəmənlinin həyatını itirməsi və yaralanması, dörd milyon nəfərin isə didərgin düşməsilə nəticələnib.
Səudiyyənin hərbi təcavüzü həmçinin Yəmənin infrastrukturunun 85 faizindən çoxunu məhv edib və bu ölkəni kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdirib.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits son zamanlar Yəməndəki insan durumunu fəlakətli adlandırıb və Yəmənin dünyada ən ağır insan böhranını yaşadığını bildirib.