Səud koalisiyasının qırıcıları ötən gün Yəmənin Marəb əyalətinin cənub bölgələrini 42 dəfə bombalayıblar.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Səudiyyə koalisiyası Marib əyalətinin Hurəyb və Əlcubə şəhərlərini qırx, Ələbdiyyə şəhərini isə iki dəfə havadan bombalayıb.
Səudiyyə Ərəbistanı ordusunun Yəmənin Səədə əyalətinin Minbəh sərhəd şəhərində yerləşən Əlrəqu bölgəsinə qarşı artilleriya hücumunda azı iki Yəmən vətəndaşı və bir afrikalı miqrant yaralanıb.
Səudiyyə Ərəbistanının nazirlər şurası bildirmişdi ki, husilərin hücumlarına cavab kimi Yəmənə qarşı hücumlarını davam etdirəcək.
Şuranın bəyanatında deyilir ki, Ərəbistan yəmənlilərin PUA və ballistik raketlərinin hücumlarına məruz qalıb; bu üzdən, cavab haqqını özümüz üçün qoruyub saxlayırıq.