Yüksək rütbəli sionist rəsmilər: İsrail daha 100 il HƏMAS-ı məğlub edə bilməyəcək

Yüksək rütbəli sionist rəsmilər: İsrail daha 100 il HƏMAS-ı məğlub edə bilməyəcək

Bir neçə sionist rəsmi İsrailin HƏMAS-ı məğlub edə bilməyəcəyini etiraf edərək, müharibənin dərhal dayandırılmasını və israilli əsirlərin Qəzzadan geri qaytarılmasını istəyib.

Az.rasthaber.com xəbər verir ki, bununla bağlı İsrail Beytenu (İsrail bizim evimizdir) partiyasının lideri və İsrailin keçmiş hərbi naziri, Likud partiyasının keçmiş üzvü və Netanyahu kabinetinin üzvü Aviqdor Liberman tənqidi açıqlamalar verib: “Bir il səkkiz ayda HƏMAS-ı məğlub edə bilməyən hər kəs daha 17 il cəhd etsə belə, yenə də uğur qazana bilməyəcək”.


O vurğulayıb ki, ABŞ və İsrail arasında münasibətlər indi tarixin ən pis dövründədir.
Digər tərəfdən, İsrailin uzun müddətdir baş naziri olmuş Ehud Olmert də Qəzzada müharibənin dərhal dayandırılmasını istəyib və deyib: Qəzza Fələstin bölgəsidir və Fələstin dövlətinin bir hissəsi olmalıdır.

O deyib: Böhranın həlli üçün ilk addım müharibəni dayandırmaq, əsirləri geri qaytarmaq və fələstinli məhbusları azad etməkdir.

İsrail ordusunun ehtiyatda olan zabiti də HƏMAS-ın müharibədə üstünlüyünə diqqət çəkib və qruplaşmanın hələ də meydan üstünlüyünə malik olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR