Soyqırım törədən İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində didərgin düşmüş mülki vətəndaşların yerləşdiyi çadırları hədəfə aldığı hücumlarda dördü uşaq olmaqla on fələstinli şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, sionist İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Xan Yunisin qərbindəki əl-Əmal bölgəsində “əl-Alemi” ailəsinin sığındığı çadırı bombalayıb. Hücum zamanı bir ailə şəhid olub.
Sionist İsrailin Xan Yunisin şimalındakı Mevasi bölgəsinə təşkil etdiyi hücumda “əl-Ağa” ailəsindən ana, ata və iki qızı şəhid olub.
Xan Yunisdə çadırın hədəfə alınması nəticəsində 1 fələstinli şəhid olub, 7 nəfər yaralanıb.
Xan Yunisin şərqindəki Məvasi əl-Karara bölgəsində velosipedin hədəfə alınması nəticəsində bir nəfər şəhid olub.
Xan Yunisin şərqindəki Abasan əl-Kəbirə bölgəsi sionist İsrail artilleriyası tərəfindən intensiv bombardmana məruz qalıb. Eyni zamanda İsrail hərbi maşınlarından da intensiv atəş açılıb.