Şri-Lanka rəhbərliyi İrandan aldığı neftin borcunu çayla ödəməyi təklif edir.
Az.rasthaber.com BBC-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın plantasiya naziri Rameş Patrixan bildirib.
Qeyd edək ki, ada ölkənin İrana neft borcu təqribən 251 milyon dollardır.
Lakin 2 səbəbə görə borcun ödənilməsində problemlər yaranıb. 1-cisi, İrana qarşı beynəlxalq sanksiyalara görə – İran bankları vasitəsi ilə həmin məbləği köçürməyə icazə verilmir. Çay isə BMT tərəfindən ilkin zərurət məhsulları kateqoriyasına daxil edildiyi üçün onun İrana eksportuna sanksiya tətbiq edilmir.
İkincis isə, Şri-Lanka hazırda pandemiyanın fonunda ciddi borc və valyuta böhranı yaşayır. Və çay vasitəsi ilə hesablaşmaq ölkəyə xarici valyutaya qənaət etməyə imkan verər.
Şri-Lanka 251 milyon dollarlıq borcu bir neçə ilə qapatmağı və hər ay İrana 5 milyon dollarlıq çay göndərməyi təklif edir.
Xatırladaq ki, Şri-Lankada hər təxminən 340 milyon kq çay istehsal olunur. Ölkə 2020-ci ildə 265,5 milyon kq çay ixrac edib və bundan 1,24 milyard dollar gəlir əldə edib.