Sionist İsrailin müdafiə naziri Katz İsrail Müdafiə Qüvvələrinin Yəməndə Ənsarullaha qarşı bir sıra hava hücumları təşkil etdiyini açıqlayıb.
Az.rasthaber.comxəbər verir ki, soyqırım törədən İsrailin müdafiə naziri İsrael Katz qatil İsrail ordusunun Yəmənin müxtəlif nöqtələrinə hava hücumları təşkil etdiyini açıqlayıb.
Katz X hesabında verdiyi açıqlamada, 'Qara Bayraq' adlı əməliyyat çərçivəsində İsrail ordusunun Hudeyda, Səlif və Rəs İsa limanlarına, Ras əl-Kasib elektrik stansiyasına və Ənsarullahın istifadə etdiyi Qalaktika Lider gəmisinə ağır hücumlar həyata keçirdiyini bildirib.
Katz deyib: "Husilər (Ənsarullah) əməllərinin ağır əvəzini ödəməyə davam edəcəklər".