Sionistlərin işğal altındakı Şərqi Qüdsdə fələstinlilərə atəş açması nəticəsində iki nəfər yaralanıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumatda yəhudilərin Şərqi Qüdsdəki Şuafat məhəlləsindəki fələstinlilərə atəş açdığı bildirilib.
Yaralanan fələstinlilərin xəstəxanaya çatdırıldığı vurğulanıb.
Xəstəxanaya yerləşdirilən fələstinlilərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
Yerli mənbələr fələstinlilərdən birinin qolundan, digərinin isə qarnından vurulduğunu açıqlayıb.