"Bu gün İtaliyanın Xarici İşlər naziri ilə telefon danışığında sionist rejimin Tehrandakı terror aktına cavabın qaçılmaz olduğunu bildirdim".
Az.rasthaber.com xəbər verir ki, bu barərə İranın xarici işlər naziri Seyid Abbas Ərakçi bildirib.
"Dünən və bu gün Misir, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri təbrik üçün zəng etdilər. Region ölkələri ilə dialoq, əməkdaşlıq, sinerji və empatiya yolu ilə “güclü və vahid region”a doğru irəliləmək 14-cü hökumətin xarici siyasət prioritetlərindən biridir", - o qeyd edib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə də telefon danışığı keçirdiyi deyən nazir Qafqaz regionunun İran İslam Respublikası üçün geosiyasi və strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.
"Tarixi, mədəni və coğrafi yaxınlıqlar bu region (Cənubi Qafqaz) ölkələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini ikiqat artırıb", - o əlavə edib.
İtaliyalı həmkarı Antonio Tayani ilə də baş tutan telefon danışığına toxunan Ərakçi onunla ölgə ilə bağlı ətraflı söhbətinin olduğunu deyib.
"Ona dedim ki, sionist rejimin Tehranda törətdiyi terror aktına reaksiya qaçılmazdır. Bu reaksiya dəqiq və hesablanmış olacaq. Sionist rejimdən fərqli olaraq, İran gərginliyi yaymağa çalışmır, baxmayaraq ki, bundan qorxmur", - o bildirib.