Sionist rejimin hərbi fabrikində partlayış baş verib

Sionist rejimin hərbi fabrikində partlayış baş verib

Az.Rasthaber.com xəbər verir ki, israilin "The Jerusalem Post" qəzeti İsrail hərbi nazirliyinə məxsus Ramat HaŞaron şəhərində sionistlərin Elbit adlı hərbi sənaye zavodunda partlayış baş verdiyini yazıb.

Bu barədə “The Jerusalem Post” yazıb: “Tel-Əviv şəhərində İsrailin ən böyük silah istehsalçısı olan və İsrail pilotsuz təyyarələrinin 85%-ni istehsal edən Elbit Systems zavodunun ərazisində güclü partlayış baş verib.

Bəzi mənbələr sionist rejimin Elbit Systems zavodunda qaz balonunun partlaması nəticəsində yanğına səbəb olduğunu bildiriblər.

Bəzi xəbər mənbələri partlayışda yaralananların olduğunu da bildirsələr də, əlavə məlumat verməyiblər.

Sionist rejimin mediası bu hərbi obyektdə partlayış barədə ilk dəfə deyil ki, xəbər verir.

Mayın əvvəlində bəzi KİV-lər Tel-Əviv yaxınlığındakı Albit sursat fabrikində partlayış baş verməsi barədə məlumat vermişdilər, baxmayaraq ki, o vaxt da itkilər barədə məlumat verilməmişdi.

Xəbəri paylaş

VİDEOLAR