İsrail hərbçiləri ardıcıl 14-cü gündür ki, Cenində hücumlarını davam etdirir və müqavimət döyüşçüləri də onlarla vuruşurlar.
Az.rasthaber.com xəbər verir ki, işğalçı İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri və düşərgəsinə qarşı hücumlarını 14-cü gündür ki, davam etdirir.
Keçən ay hücum başlayandan bəri Cenin vilayətində 26 fələstinli şəhid olub.
Həmçinin, işğalçı qüvvələr Tulkərmə və buradakı düşərgəyə hücumlarını ardıcıl səkkizinci gündür ki, davam etdirir.