15.05.2021 12:15:19
Sionist İsrail ordusu Fələstin-Livan sərhədində etirazçılara atəş açıb
Rasthaber Azərbaycan xəbər verir ki, İsrail ordusu işğal altındakı Fələstin sərhədində sionistlərə qarşı etiraza qatılan Livanlı bir gənci hədəf alaraq şəhid edib.
Cümə günü axşam saatlarında Fələstin Livan sərhədində livanlıların, Qüds və Qəzzadakı Fələstin xalqına dəstək xarakterli keçirdikləri aksiya zazanı İsrail ordusu etirazçılara atəş açıb.
Odlu silahdan açılan atəş zamanı livanlı Məhəmməd Tahan adlı gənc vurulub.
Al-qan içində olan gənc elə oradaca dünyasını dəyişib.
Livan prezidenti Mişel Aun, irqçi İsrailə reaksiya verərək sionist rejim ordusunun bu cinayətini qınayıb.
HƏMAS bununla bağlı yayımladığı mesajda, Fələstin xalqına, Ərəb və İslam Ümmətinə və dünyanın bütün azad insanlarına başsağlığı verib.