Sionist İsrail İordan çayının qərb sahilində çoxlu sayda evi partladıb

Sionist İsrail İordan çayının qərb sahilində çoxlu sayda evi partladıb

Soyqırım törədən İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Tulkerim qaçqın düşərgəsində bir neçə evi partladıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, qatil İsrail ordusu 5 gündür şiddətli hücumlar həyata keçirdiyi Tülkərim Qaçqınlar Düşərgəsində bir çox evə hücum edib.

Qaçqın düşərgəsindən, xüsusən də En-Nadi məhəlləsində çoxsaylı partlayış səsləri eşidilib və ərazidən sıx tüstü qalxıb.

İşğalçı İsrail ordusu son olaraq 150 fələstinlini Tulkerim Qaçqınlar Düşərgəsindən qaçmağa məcbur edib.

Sionist İsrail ordusu yanvarın 21-dən İordan çayının qərb sahilinin Cenin şəhərində və Cenin Qaçqınlar Düşərgəsində həyata keçirdiyi şiddətli hücumlarını yanvarın 27-də Tülkərimə çatdırıb.

Şahidlərin bildirdiyinə görə, qatil İsrail qüvvələri mühasirəyə alınan bölgədəki evlərə tez-tez basqınlar edib, infrastrukturu dağıdıb və yüzlərlə fələstinli ailəni zorla köçürüblər.

Sionist İsrailin Tulkərimə hücumları nəticəsində 3 fələstinli şəhid olub, çoxlu sayda fələstinli yaralanıb.

İşğalçı İsrail qüvvələrinin Tülkərimdə bəzi fələstinlilərin evlərini mühasirəyə aldıqları, iki evi canlı güllə və səs bombalarından atəşə tutduqları, iki nəfəri nəzarətə götürdüyü bildirilib.

7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 167-si uşaq olmaqla 892 fələstinli şəhid olub.

Xəbəri paylaş

VİDEOLAR