Köşə yazısı Berlin İmam Rza (ə) Mərkləzinin alimi, Şeyx Səbahətdin Türkyılmaz tərəfindən qələmə alınıb
Hər bir insanın həyat macərası və mübarizə həyatı olur. Cəmiyyətdə simvola çevrilmiş, örnək olmuş insanların xüsusiyyətlərini araşdırmaq, ibrət dərsi almaq lazımdır. Şəhid Qasım Süleymaninin sevgisinin və uğurunun mənbəyini araşdırmaq lazımdır.
Şəhid Qasım Süleymaninin xüsusiyyətləri ilə qısaca tanış olaq;
Fərdi Məsuliyyət Şüuru
Fərdi məsuliyyətini dərk edirdi; İnsanın vəzifələrindən biri və ən çətini onun vəzifəsinin nə olduğunu müəyyən etməkdir. Xüsusilə şərtlər və vəziyyətlər dəyişdikdə; Haqqın batillə qarışdığı, fitnə və çaxnaşmaların olduğu dövrlərdə vəzifə təyin etmək çətindir. Şəhid Qasım Süleymani istənilən vəziyyətdə öz vəzifəsini dərk etməyə qadir idi. Başqalarına vəzifə vermək əvəzinə, öz vəzifəsini yerinə yetirməyə çalışmışdır. Başqalarının onun vəzifəsini yerinə yetirib-yetirməməsinin onun üçün heç bir əhəmiyyəti yox idi. O, sadəcə olaraq öz vəzifəsini yerinə yetirməyə çalışırdı.