Şeyxülislam Allahşükür Paşazadə Türkiyə və İrana təşəkkür etdi

Şeyxülislam Allahşükür Paşazadə Türkiyə və İrana təşəkkür etdi

Bunu bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş vəhdət namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

“Dünən Türkiyənin dini işlər naziri ilə telefon danışığımız olub. Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimizin ruhu yad edilir”.

Az.rasthaber.com xəbər verir ki, QMİ sədri deyib ki, iranlı qardaşlarımız da anım günümüzdə bizimlə bərabərdir: “Bu gün Ayətullah başda olmaqla, onlara da təşəkkürümü bildirirəm. Şimali Qafqaz müftiləri ilə də söhbətim oldu, onlar da bun dualar oxuyurlar. Kim bu gün bizim şəhidlərimizi yad edir, onlara minnətdarlığımı bildirirəm”.

Xəbəri paylaş

VİDEOLAR