Şeyx Naim Qasim: ABŞ bunu görməyəcək

Şeyx Naim Qasim: ABŞ bunu görməyəcək

"Livanın ABŞ diqtəsilə məğlub olması mümkün deyil"

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu Livan Hizbullahının baş katib müavini Şeyx Naim Qasim deyib.

RT telekanalına verdiyi müsahibədə bu məqama toxunan Şeyx Naim Qasım ABŞ-ın Livana qarşı sanksiyalarını "aşkar təcavüz" adlandırıb. 

"ABŞ-ın sanksiyaları işğal edilmiş ərazilərinin azad olunmasını istəyən Livan xalqının iradəsinə təsir göstərə  bilməz. Livan heç vaxt ABŞ-ın diqtə etdiyi siyasətlərə təslim olmayacaq. ABŞ-ın sanksiyaları Livan müqaviməti və müttəfiqlərinin daha qətiyyətli olmasına səbəb olacaq.", - deyə Hizbullah liderinin müavini əlavə edib. 

ABŞ-ın öz muzdlularına ümidini itirdiyi üçün sanksiya siyasətinə üz tutduğunu deyən Şeyx Nəim Qasım əlavə edib: "Onlar bilməlidirlər ki, sanksiyalar Livan xalqının iradəsinə təsir etməyəcək." 

Şeyx Naim Qasım Hizbullahın Suriyadakı iştirakına gəlincə deyib: Hizbullah 2017-ci ilin sonlarından öz qüvvələrini Suriyadan çıxardıb. Çünki, artıq onlara ehtiyac qalmayıb. 

Xəbəri paylaş

VİDEOLAR