Seyid Həsən Nəsrullah: Rəfahdakı dəhşətli cinayət qafil insanları ayıltmalıdır

Seyid Həsən Nəsrullah: Rəfahdakı dəhşətli cinayət qafil insanları ayıltmalıdır

Livan Hizbullah Hərəkatının Baş katibi bu gün (çərşənbə axşamı) günortadan sonra əziz anasının vəfatı münasibətilə çıxışında sionist rejimin Fələstin qaçqın düşərgəsində törətdiyi son cinayətlərə toxunaraq, qafil və dünyada heç bir mövqeyi olmayan insanların Rəfahdakı bu dəhşətli cinayətləri gördükdən sonra cəhalət yuxusundan oyanmalı olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah lideri sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərə toxunaraq deyib: “Qüdsü işğal etmiş rejimin vicdanı və əxlaqi prinsipləri yoxdur və nasistlərdən daha pisdir.”


Seyid Həsən Nəsrullah bildirib: “Sionist rejim Rəfah əhalisinə müəyyən bölgələrin təhlükəsiz olduğunu elan edib, amma bundan sonra onları qeyd olunan ərazilərdə bombalayır.”

Seyid Həsən Nəsrullah qeyd edib ki, Rəfahda qaçqınların qətliam edilməsi cinayəti işğalçı rejimin özünü “nəzakətli” göstərmək üçün üzünə taxdığı bütün maskaları yırtıb.

“Rəfahdakı dəhşətli cinayət qafil və dünyada mövqeyi olmayan insanları ayıltmalıdır” – deyə, o, vurğulayıb.

Seyid Həsən Nəsrullah deyib: “Amerikalıların Rəfahla bağlı ikiüzlülüyü son həftələrdə böyük rol oynayıb.”

Hərəkat lideri vurğulayıb ki, sionistlərin Rəfahda törətdikləri dəhşətli cinayət sionist rejimin süqutunu sürətləndirəcək.

Xəbəri paylaş

VİDEOLAR