ABŞ-ın İraqda İranın İnqilab Keşikçiləri Korpusu Qüds güclərinin komandiri General Süleymaninin şəhid edilməsinə ilk addım atıldı
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın İraqda Anbardakı "Aynul Asad" və Ərbildəki hərbi bazalarına balistik raketlərlə vurulmasından sonra İnqilab Keşikçiləri Korpusu bəyanat yaydı:
"Kədərli İslam Ümməti, İslami İranın böyük və şəhidpərvər xalqı, sadiq vədin həyata keçməsi vaxtı gəlib çatdı və Allah-Taalanın izni ilə bu gün, çərşənbə günü səhər tezdən təcavüzkar amerikalı qüvvələrin cinayətkarcasına və terroçu əməliyyatına cavab və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin fədakar və qəhrəman komandanı, general-leytenant pasdar şəhid Qasem Soleymani və silahdaşlarının namərdcəsinə terror edilmələri və məzlumcasına şəhadətlərinin intiqamını almaq istiqamətində Sepah-ın hava-kosmos qüvvələrinin şücaətli döyüşçüləri şəhid Soleymani əməliyyatı adı altında uğurlu bir əməliyyatda müqəddəs “Ya, Zəhra(s.ə.)” rəmzi ilə onlarla “yer-yer” tipli raket ataraq, Amerikanın təcavüzkar və terrorçu ordusunun İraqda yerləşən Eynuləsəd adlı işğal olunmuş hava bazasını darmadağın ediblər."
Həmçinin bu bəyanatda öz bazalarını Amerikanın terrorçu ordusunun ixtiyarına qoymuş bu ölkə ilə müttəfiq dövlətlərə xəbərdarlıq edilir ki, hər bir tərtibatla İran İslam Respublikasına qarşı düşməncəsinə və təcavüzkarcasına hərəkətlərin başlanğıc nöqtəsi olacaq hər bir ölkə hədəfə alınacaqdır.