Suriya və Türkiyə arasındakı barışıq cəhdlərində hələ heç bir irəliləyiş yoxdur.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd ölkə parlamentindəki çıxışı zamanı bildirib.
“Rusiya, İran və İraq Türkiyə ilə barışıq üçün təşəbbüslərlə çıxış ediblər”, - deyə o qeyd edib.
Əsəd deyib ki, rəsmi Dəməşq bu təşəbbüslərə müsbət reaksiya verib, vasitəçilərin səmimiyyətinə rəğmən, bu istiqamətdə heç bir irəliləyiş baş verməyib.
Onun sözlərinə görə, bir razılıq əldə edildikdə, o, birgə bəyanantla elan edilir və o, birgə münasibətlərin əsasına çevrilir və özündə danışıqları ehtiva edir, istənilən tərəfin ikili standartlardan istifadəsini rədd edir.
Əsəd Türkiyə qoşunlarının Suriyadan çıxarılmazdan öncə Suriyanın danışıqlara hazır olmaması ilə bağlı fikirlərin doğru olmadığını bildirib.
“Bizdə açıq-aydın mərhələlərin olması mühümdür və istənilən təşəbbüsün əsası da suverenlik olmalıdır”, - deyə o qeyd edib.