Rusiya Müdafiə Nazirliyi ölkənin hərbi hava qüvvələrinin Xarkova hücumu nəticəsində 20-yə yaxın amerikalı muzdlunun öldürüldüyünü açıqlayıb.
Az.rasthaber.com "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə nazirlik jurnalistlərə verdiyi məlumatda bildirib: Xarkov vilayətində Rusiya Hava Qüvvələrinin Kraken əcnəbi muzdlular təşkilatının bölməsinin döyüş mövqelərinə hücumu nəticəsində 100-dən çox yaraqlı, o cümlədən 20 amerikalı muzdlu məhv edilib.
Nazirlik bundan əvvəl də Xarkov vilayətində Zoloçev yaxınlığındakı xarici muzdluların bazasını hədəfə aldığını və nəticədə Polşa və Almaniyadan olan 100-dən çox hərbçinin öldürüldüyünü, 50-dən çox insanın yaralandığını açıqlamışdı.