Ruhani bir neçə ölkə başçısına məktub yazdı

Ruhani bir neçə ölkə başçısına məktub yazdı

İran Prezidenti Həsən Ruhani bir neçə ölkə başçısına məktub göndərib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Prezidenti Həsən Ruhani bir neçə ölkə başçısına məktub göndərib.

O, koronavirus pandemiyasına işarə edərək yazıb: "İran bu şəraitdə Amerika hökumətinin sistematik sabotajları, maksimum təzyiq siyasətləri, geniş qanunsuz sanksiyalarından irəli gələn ciddi maneə və məhdudiyyətlərlə üzləşir. Bu böhranın idarə olunması təklikdə heç bir ölkə tərəfindən mümkün deyil.  Amerikanın İrana qarşı sanksiyaları və bir çox xarici vətəndaş, şirkətin bu sanksiyaları yerinə yetirmələri nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd və qanunsuzdur, həm də etikadan və insanlıqdan uzaqdır."

İran prezidenti vurğulayıb ki, koronavirusun məğlubiyyətə uğradılması beynəlxalq bir vəzifədir. O, bu məktubun ünvanlandığı ölkələrin başçılarına üzünü tutaraq yazır: "Tədbirlər görülməlidir ki, bütün ölkələrin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində Amerikanın İran xalqına qarşı qanunsuz sanksiyaları təsirdən düşsün və ABŞ-ın iqtisadi terrorizmi ilə mübarizə edilmiş olsun."

Ruhani bildirib ki, böhranın idarə edilməsində maliyyə mənbələrinin məhdudiyyəti, səhiyyə sisteminin zəiflədilməsi və iqtisadi strukturun zəifləməsinə səbəb olacaq hər bir siyasət digər ölkələrdə də bu pandemiya ilə mübarizəyə birbaşa təsirlər göstərəcək. 

"Dünya ictimaiyyətinin Amerikanın qanunsuz və insanlığa qarşı yönəlmiş quldurluqları  qarşısında dayanmasının, həmçinin Amerikanın İran əleyhinə zalımcasına sanksiyalarının bu təhlükəli virusla mübarizəni təsir altına almasına icazə verməməsinin vaxtı gəlib çatıb.", - deyə İran prezidenti əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR