4.05.2021 12:14:56
Suriyanın Rəqqa vilayətində terror aktı həyata keçirilib
Rasthaber Azərbaycan sana-ya istinadən xəbər verir ki, Suriyanın Rəqqa vilayətində terror aktı həyata keçirilib.
Naməlum terrorçu motosikletə quraşdırılmış partlayıcını avtomobilin yaxınlığında işə salıb.
Partlayış zamanı 7 nəfər yaralnıb və yaralılar xəstəxanaya çatdırılıblar.
Lakin xəstəxanaya yerləşdirilən 7 nəfərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.