Rəisi: Müqavimət Fələstinin qurtuluş yoludur

Rəisi: Müqavimət Fələstinin qurtuluş yoludur

İran İslam Respublikasının prezidenti Tehranda 36-cı beynəlxalq islami birlik konfransının açılış mərasimində müqaviməti, Fələstinin qurtuluş yolu adlandırıb.

Az.rasthaber.com xəbər verir ki, Seyid İbrahim Rəisi Fələstin və Qüds məsələsini İslam Dünyasının birinci məsələsi adlandırıb.

Bildirib ki, Fələstin və Qüdsün qurtuluş yolu, yalnız sionist rejim qarşısında dayanmaq və müqavimətdir və bu gün bir çox imkanlara söykənməklə onların qarşısında durmaq olar.

Bəzi islami ölkələrin sionist rejimlə münasibətləri adiləşdirmək istiqamətindəki addımlarını tənqid edən Rəisi vurğulayıb ki, region xalqları heç bir vəchlə sionistlərlə əlaqənin adiləşdirilməsini qəbul etməyəcəklər.

Amerika və sionist rejimin Fələstin və Qüdsi-Şərif məsələsini kənara qoymaq, ölkələrin mənafelərinə yiyələnmək, silah bazarı yaratmaq, ölkələrin iradələrinə təfriqəni icbar etmək niyyətində olduqlarını vurğulayan İran prezidenti bildiribdir ki, amerikalı və avropalılar dünyada insan hüquqlarının ən böyük pozucularıdırlar.

Xəbəri paylaş

VİDEOLAR