Ərdoğanın oğlu Bakıda keçirilən yarışa qatıldı

Ərdoğanın oğlu Bakıda keçirilən yarışa qatıldı

Yarışın ümumi mükafat fondu 50000 manat təşkil edir

Rasthaber Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turnirinə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan da qatılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, turnirdə Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Atçılıq Federasiyasının prezidenti, general-polkovnik Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan da iştirak edir. Elçin Quliyev çıxış edərək bildirib ki, atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədilə artıq yeddinci ildir ki, Prezident Kuboku uğrunda Çövkən Milli oyunu üzrə turnir keçirilir.

Məlumat verilib ki, Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kuboku turniri çərçivəsində dünən Binə Atçılıq Mərkəzinin qapalı manejində yarımfinal mərhələsi keçirilib. Bu gün komandalar Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşı-qarşıya gəliblər. Xatırladaq ki, yarışın ümumi mükafat fondu 50000 manat təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR