Ərdoğanın kürəkəni Berat Albayrak nazir postundan istefa verdi

Ərdoğanın kürəkəni Berat Albayrak nazir postundan istefa verdi

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak istefa verib.

Rasthaber Azərbaycan-ın Sputnik-ə istinadən verdiyi xəbərə görə, Albayrak istefasını sağlamlığında problemlə izah edib.

Son günlər Türkiyədə Albayrakı vəzifədən getməyə çağıran çoxlu sayda çıxışlar edilirdi.

Xatırladaq ki, türk lirəsi bu il 40% dəyər itirib.Bir dollar artıq 8,16 lirədir. 1 avro isə 9,61 lirə olub.

İki gün əvvəl Türkiyə Mərkəzi Bankının rəhbəri Murat Uysal da vəzifəsindən çıxarılıb.

Berat Albayrak həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Xəbəri paylaş

VİDEOLAR