Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Egey regionunda baş vermiş zəlzələ ilə bağlı ölkə əhalisinə müraciət edib.
O, yeraltı təkan nəticəsində həyatını itirənlər, xəsarət alanlar və dağıntılar altından xilas edilmiş insanlar barədə məlumat verib.
Ərdoğan təbii fəlakət zonasında xilasetmə işlərinin davam etdiyini deyib.
“Sonuncu insanımızı dağıntılar altından çıxarmayınca ümidimizi itirən deyilik”, – deyə Türkiyə prezidenti bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində evlərindən məhrum olan və müəssisələri zərər görən biznesmenlərə maliyyə yardımı ediləcək.