Ərdoğan Krımı Rusiya ərazisi kimi görmədiyini açıqladı

Ərdoğan Krımı Rusiya ərazisi kimi görmədiyini açıqladı

O, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə birgə mətbuat konfransı zamanı danışıb.

Rasthaber RİA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Krımı Rusiya regionu olaraq görmür və Ukraynanın ərazi bütövlyünü dəstəkləyir.

O, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə birgə mətbuat konfransı zamanı danışıb.

“Türkiyə Ukraynanı regionumuzun sabitlik və təhlükəsizliyinin təminatı planında əsas ölkə olaraq gözdən keçirir. Buna görə də biz həmişə Ukraynanın bütövlük və suverenliyini dəstəkləmişik və dəstəkləyəcəyik”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti əlavə edib ki, Ankara yarımadanın “ilhaqını tanımır” və Ukrayna ilə birlikdə “Krım tatarlarını dəstəkləyəcək”.

Zelenski, öz növbəsində, adıçəkilən yarımadanın Ukrayna tərkibinə qaytarılmasına yönəlmiş “Krım platforması” layihəsində iştiraka hazırlığa görə Ərdoğana təşəkkür edib.

Xəbəri paylaş

VİDEOLAR