Ərdoğan Baydenə: Siz qanlı əllərinizlə tarix yazırsınız

Ərdoğan Baydenə: Siz qanlı əllərinizlə tarix yazırsınız

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin (Joe Biden) İsrailə silah satışını təsdiqləməsinə "Siz qanlı əllərinizlə tarix yazırsınız" sözləriylə reaksiya verdi.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenə sərt reaksiya verib.

  Kabinet iclasından sonra etdiyi şərhdə R.T.Ərdoğan deyib: "Siz qanlı əllərinizlə tarix yazırsınız. Bu gün də bir daha xatırladıram: 84 milyon olaraq Qüds keşiyimizi davam etdiririk, etdirəcəyik də. Fələstin torpaqları qanla yuyunur, sizsə buna dəstək olursunuz.

  ABŞ və onun təqib edən ölkələrin 2017-ci ilin sonunda Qüdsü İsrailin paytaxtı elan etmələri bu qatil dövlətin qantökmə iştahını artırıb.

  İsrail 5-6 yaşlı balaları öldürəcək qədər, qadınları yerlərdə sürüyərək öldürəcək qədər, yaşlı insanları öldürəcək qədər qatildir. Bunların bənzəri yoxdur".

  Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin təsdiq etdiyi 735 milyon dollarlıq müqaviləyə əsasən, İsrail ABŞ-dan yüksək məqsədəuyğun həssaslıqla idarə olunan mərmi və sursat alacaq.

  Türkiyə başçısı Ərdoğan baş nazirlik binasına İsrail bayrağı qaldıran Avstriyaya da münasibət bildirərək deyib: “Avstriya, deyəsən, soyqırıma məruz qoyduqları yəhudilərin hesabını müsəlmanlara ödətdirməyə çalışır.

  Qüdsün 3 dinin nümayəndələrindən ibarət bir komissiya tərəfindən idarə olunması günümüz şərtlərində ən doğru və əsaslı yol ola bilər."  

Xəbəri paylaş

VİDEOLAR