Şikayət Ərdoğanın vəkillərindən biri olan Hüseyn Aydın tərəfindən Baş prokurorluğa təqdim edilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın sağçı-radikal Azadlıq Partiyasının lideri Hert Vildersdən Baş prokurorluğa şikayət edib.
Şikayət Ərdoğanın vəkillərindən biri olan Hüseyn Aydın tərəfindən Baş prokurorluğa təqdim edilib.
Şikayəttə deyilir ki, adıçəkilən sağçı-radikal avropalı siyasətçinin sosial şəbəkələrdə yaydığı karikaturanın söz azadlığı ilə ortaq bir şeyi yoxdur.
Ərdoğan “Türkiyə Respublikası Prezidentinin şərəf və ləyaqətinə qəsd” maddəsi ilə cinayət işinin başladılmasını tələb edib.