İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi deyib: "Silahlı qüvvələrin koordinasiyası ilə ölkənin təhlükəsizliyini və milli maraqlarını təmin edəcəyik və müqaviməti hərtərəfli dəstəkləyəcəyik".
Az.rasthaber.com xəbər verir ki, Seyid Abbas Əraqçi Həzrət Əbdüləzim Həsəni Hərəminə rəhbərlik edən höccətül-islam vəl-müslimin Seyid Əli Qazi Əskər ilə görüşü çərçivəsində jurnalistlərə deyib: “Müqavimət oxu ilə əlaqə fundamental əlaqədir və biz müqavimət oxunu tam dəstəkləyəcəyik.”
Müqavimətin vacibliyini vurğulayan Əraqçi deyib: “Müqavimət oxunu və məzlum Qəzzə əhalisini tam dəstəkləyəcəyik. Doğru Vəd əməliyyatı şəhid Əmir Abdullahiyanın həyata keçirməyə çalışdığı sahə ilə diplomatiya arasında əlaqə nümunəsi idi.”
Xarici İşlər naziri qeyd edib ki, Doğdu Vəd qətiyyətli cavab verməklə yanaşı, bölgədə müharibənin yayılmasının qarşısını aldı. Bu gün də belə olacaq. Biz silahlı qüvvələrin koordinasiyası ilə ölkənin təhlükəsizliyini və milli maraqlarını təmin edəcəyik.
“Xarici İşlər Nazirliyindəki ofisimə girməzdən əvvəl şəhid Əmir Abdullahiyanın məzarını ziyarət edərək, onunla əhd-peymanı təzələməyi özümə borc bildim” - deyə, Əraqçi vurğulayıb.
Əraqçi sonda əlavə edib: “Ümid edirik ki, Allahın lütfü ilə haqq yolda addımlayaq, Ali Məqamlı Rəhbərin tədbirləri ilə təhlükəsizlik və milli maraqlarmızdakı yolumuzu davam etdirək.”