28.05.2021 12:03:57
Sionist köçürülənlər və İsrail ordusunun fələstinlilərə qarşı hücumları yenə davam edib
Rasthaber Azərbaycan xəbər verir ki, 120 sionist köçkün Məscidul Əqsanın cənub qərbindəki əl-Məğaribə qapısından Hərəmi Şərifə basqın həyata keçirib.
Bu barədə Qüds İslami Vəqflər İdarəsi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, polisin mühafizəsi şəraitində baş verən bu təxribat fələstinliləri qəzəbləndirib.
Radikal yəhudilər Hərəmi Şərifin həyətində gəzdikdən sonra oran ıtərik ediblər.
İdarə günortadan sonra Məscidul Əqsaya yenidən basqın etmə ehtimalının olduğunu da açıqlamasında bildirib.
Qüds İslami Vəqflər İdarəsi bu cür təxribatların bölgədə qarşıdurma yaradılması, gərginliklərin artmasına zəminə olacağını qeyd edib.