Ötən gün yüzlərlə radikal yəhudi əl-Əqsa məscidinin ərazisinə soxulub.
Az.rasthaber.com "Anadolu"-ya istinadən xəbər verir ki, bu zaman onları İsrail rejimi qüvvələri müşayiət edib.
İnsident barədə Qüds İslami Fondlar İdarəsindən məlumat verilib.
Belə ki, 454 fanatik yəhudi Mərakeş qapılarından məscid ərazisinə daxil olub.
Qeyd edilir ki, radikal yəhudilərin bu cür hərəkətləri bölgədə gərginliyə səbəb olur.