Ər-Riyad Tehranla danışıqları davam etdirməyə hazırdır

Ər-Riyad Tehranla danışıqları davam etdirməyə hazırdır

Səudiyyəli nazir ölkəsinin İranla danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 2-ci Bağdad konfransı çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşüb.

İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan şəxsi Twitter hesabında belə bir paylaşım edib:

"İraqı dəstəklədiyimi bir daha təsdiqləmək üçün 2-ci Bağdad konfransında iştirak etdim. Bu görüş zamanı bəzi həmkarlarımla, o cümlədən Oman, Qətər, İraq, Küveyt və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə görüşmək imkanım oldu".

Bu görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri ölkəsinin İranla danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.

Xəbəri paylaş

VİDEOLAR